• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

“Belə davam edərsə, ABŞ-dəki bütün böyük layihələr qanunsuz olacaq” - Mask

DÜNYA

14 Sentyabr 2024 | 09:12

“Belə davam edərsə, ABŞ-dəki bütün böyük layihələr qanunsuz olacaq” - Mask

“SpaceX” şirkətinin sahibi İlon Mask hesab edir ki, “Starship” kosmik gəmisi insanlara başqa planetləri kəşf etməyə və onları Yer kürəsində yox olmaqdan xilas etməyə imkan verəcək.

Bakıvaxtı.az xəbər verir ki, “Ulduz gəmisi həyatı çox planetli edəcək və bürokratiya müdaxilə etməsə, onu Yer üzündə yox olmaqdan xilas edəcək”, - deyə o “X” hesabında bildirib.

    Mask həmçinin hər il dövlət müdaxiləsinin getdikcə daha da sərtləşdiyini bildirərək “Bu belə davam edərsə, ABŞ-dəkı bütün böyük layihələr qanunsuz olacaq”, - deyə buna əmin olduğunu deyib.

    Qeyd edək ki, “Starship” Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanır. Gəminin universal olacağı və müxtəlif versiyalarda aşağı Yer orbitinə insanlı uçuşlar, peyklərin buraxılması və Aya, Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün istifadə oluna biləcəyi güman olunur.


    SON XƏBƏRLƏR