• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bələdiyyə üzvlərinin vəsiqə problemi: “Məsələyə hüquqi qiymət verilsin”

CƏMİYYƏT

30 Aprel 2021 | 13:56

Bələdiyyə üzvlərinin vəsiqə problemi: “Məsələyə hüquqi qiymət verilsin”


Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinə vəsiqələri hələ də təqdim etməyib. 
Yeni tərkibdə bələdiyyələrin ilk iclası isə 2020-ci ilin yanvarın 15-dən başlayaraq keçirilib.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Bakivaxti.az-a bildirib ki bələdiyyə üzvlərinə indiyədək vəsiqələrin təqdim edilməməsi qanunsuzdur. 

“Seçki Məcəlləsinin 241-ci maddəsinə görə bələdiyyə üzvü seçilmək haqqında vəsiqə seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində dairə seçki komissiyası tərəfindən verilir. Sonuncu bələdiyyə seçkiləri 23 dekabr 2019-cu ildə keçirilib və  seçkilərin yekunları 11 yanvar 2020-ci il tarixdə elan olunub. Qanunla 16 yanvar 2020-ci il tarixədək seçilmiş bələdiyyə üzvlərinə vəsiqələr verilməli idi. Hesab edirəm ki, məsələ araşdırılmalı və müvafiq hüquqi qiymət verilməlidir”,-deyə H.Həsənov bildirib. 

Ramid İbrahimov 
Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026