• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Öskürəyin dəqiq diaqnostikası necə aparılır?

CƏMİYYƏT

29 May 2021 | 20:13

Öskürəyin dəqiq diaqnostikası necə aparılır?

Öskürəyin tez-tez rast gəlinən səbəbi tənəffüs sisteminin xəstəlikləridir. Diaqnozun qoyulması üçün instrumental və laborator müayinələr aparılır. 

Bakıvaxtı.az xəbər verir ki, onların köməyilə morfofunksional pozğunluqlar və patoloji prosesin əlamətləri aşkar edilir. Ən informativ üsullar: bəlğəmin analizi, rentgenoloji üsullar, seroloji reaksiyalar və digər instrumental üsullar hesab edilir.

Öskürəyin respirator səbəbləri inkar edildikdə əlavə üsullar - qida borusunun kontrast rentgenoqrafiyası, EKQ, ürəyin USM icra olunur. Tənəffüs pozğunluqlarının dərəcəsini müəyyən etmək üçün qanın qaz tərkibi yoxlanılır. Xarici tənəffüs pozulduqda spiroqrafiya aparılır, əsas göstəricilər - forsirəolunmuş nəfəsvermə həcmi, ağciyərlərin həyat tutumu qiymətləndirilir. Belə hallarda əsasən  xəstələr immunoloq-allerqoloqun konsultasiyasına yönəldilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026