• Bakı -0° C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Bələdiyyələrin bu səlahiyyəti ləğv edilir

SİYASƏT

19 Fevral 2025 | 12:09

Bələdiyyələrin bu səlahiyyəti ləğv edilir

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək. İndiyə qədər bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.


SON XƏBƏRLƏR

20 Fevral 2025