• Bakı 21° C

    8.04 m/s

Beqlov da Azərbaycana başsağlığı verdi

SİYASƏT

26 Dekabr 2024 | 19:49 | Müəllif: Subhan Mahmudov

Beqlov da Azərbaycana başsağlığı verdi

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın baş konsulluğunda başsağlığı kitabına ürək sözlərini yazıb, diplomatik nümayəndəliyin binası önünə gül qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Administrasiyasının mətbuat mərkəzindən məlumat verilib.

Dekabrın 26-da qubernator Aleksandr Beqlov baş konsulluğa gələrək başsağlığı kitabında kədərini ifadə edib:

“Aktau şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Sankt-Peterburq sakinləri adından dərin hüznlə başsağlığı verirəm”. A.Beqlov həlak olanların doğmalarına və yaxınlarına dəstək sözlərini bildirib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Qubernator yazıb: “Sankt-Peterburq sakinləri dost Azərbaycan Respublikası xalqının ağrı və kədərini bölüşürlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026