• Bakı 27° C

    15.02 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb

HADİSƏ

30 Noyabr 2024 | 10:41

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026