• Bakı 27° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Berluskoni və sevgilisi nüvə təhlükəsindən qaçmaq üçün bunker axtarırlar

DÜNYA

30 Mart 2023 | 21:18

Berluskoni və sevgilisi nüvə təhlükəsindən qaçmaq üçün bunker axtarırlar

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və onun sevgilisi, milli parlamentin üzvü Marta Faşina nüvə müharibəsi təhlükəsindən narahatdırlar.

Onlar bomba sığınacağı olan ev, bunker axtarırlar. İlk olaraq belə bir istəyi 33 yaşlı Faşina dilə gətirib və bir neçə nəfərlə söhbətində bunu etiraf edib. Onun sözlərinə görə, Berluskoni ilə birlikdə İngiltərədə hücum nəticəsində yarana biləcək nüvə dalğasından xilas olmaq üçün ev axtarırlar.

Bakıvaxtı.az xəbər verir ki, mənbələrin məlumatına görə, siyasətçinin iqamətgahında həmçinin nüvə apokalipsisi zamanı xilas edilməli olan insanların siyahısı da tərtib olunub.

Eyni zamanda, mənbələr xəbər verirlər ki, Berluskoninin əhatəsindəki insanlar bu məsələ ilə bağlı çox narahatdırlar. Bildirilir ki, Faşina bomba sığınacağı olan münasib ev əldə etmək üçün əlindən gələni edir. Lakin hələ ki tələblərinə cavab verən ev tapmağa nail olmayıb./oxu.az


SON XƏBƏRLƏR