• Bakı 28° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazandı

İDMAN

06 Noyabr 2024 | 21:55

Beşiktaş UEFA Avropa Liqasında qələbə qazandı

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

"Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.


SON XƏBƏRLƏR

15 Iyul 2025