• Bakı 19° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

"Qarabağ"ın İsveçə səfər proqramı bəlli oldu

İDMAN

06 Dekabr 2024 | 14:55

Qarabağın İsveçə səfər proqramı bəlli oldu

UEFA Avropa Liqası matçında İsveçdə yerli "Elfsborq" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, komanda dekabrın 10-da, saat 18:00-da sözügedən ölkəyə yollanacaq. Ağdam təmsilçisi qarşılaşmadan sonra Bakıya qayıdacaq.

"Köhlən atlar"ın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR