"Beşiktaş"ın futbolçusu Raçid Gezzal zədələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi komandanın məşqində sıradan çıxıb. O, bu səbəbdən də "Beşiktaş"ın düşərgəsini tərk edib.
Qeyd edək ki, Gezzal ötən ildən "qara qartallar"da oynayır.
















