Rusiyaya qarşı tətbiq edilən sanksiyalar rusiyalı hakimlərə də şamil ediləcək.
Bakıvaxtı.az-ın "R-Sport"a istinadən məlumatına görə, UEFA nümayəndələri Avrokubok oyunlarına rusiyalı hakimləri hələ təyin etməmək qərarına gəlib.
UEFA indi Rusiyadan olan hakimlərin xaricə getməsinin çox çətin olaca\ını bildirib.
Xatırladaq ki, bundan əvvəl FİFA və UEFA Ukraynadakı vəziyyətə görə Rusiya klublarını və milli komandanı növbəti qərara qədər beynəlxalq oyunlardan kənarlaşdırmışdı.
Ramid İbrahimov















