• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rəcəbov irəliləyib, Məmmədyarov geriləyib - Reytinq

İDMAN

31 Mart 2022 | 22:46 | Müəllif: Subhan Mahmudov

Rəcəbov irəliləyib, Məmmədyarov geriləyib - Reytinq

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Bakıvaxtı.az  FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2771 xalla 7-ci pillədən 10-cu sıraya geriləyib. 2753 xalı olan Teymur Rəcəbov isə 1 pillə irəliləyərək 13-cü yerdə qərarlaşıb.

Qədir Hüseynov (2661) 4, Rauf Məmmədov (2 656) isə 3 pillə geriləyib. Onlar müvafiq olaraq, 76-cı və 83-cü sırada yer alıblar.

Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) 1 sıra geriləyərək 26-cı, Gülnar Məmmədova (2 387) 2 sıra irəliləyərək 62-cü, Xanım Balacayeva isə (2 376) 6 pilləlik sıçrayışla 71-ci yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026