• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

İDMAN

29 Aprel 2022 | 19:57

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.

Bakıvaxtı.az məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda "Qəbələ"ni 5:0 hesabı ilə darmadağın edən "Qarabağ" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

"Azersun Arena"dakı matçda hesabı 5-ci dəqiqədə Ramil Şeydayev açıb. 8 dəqiqə sonra Kadi Borges fərqi artırıb. Braziliyalı yarımmüdafiəçi 17-ci dəqiqədə dublunu rəsmiləşdirib. 37-ci dəqiqədə Leandro Andrade növbəti dəfə qonaqları meydanın mərkəzinə dəvət edib. 58-ci dəqiqədə isə Şeydayev özünün 2-ci, komandasının 5-ci qolunu vurub. Ağdam təmsilçisi Qəbələdəki ilk oyunda da qalib gəlmişdi - 3:1.

Uzun müddətdir zədədən əziyyət çəkən "köhlən atlar"ın ispaniyalı vingeri Xayme Romero 225 gündən sonra meydana qayıdıb.

Qeyd edək ki, "Qarabağ"ın finaldakı rəqibi "Neftçi" - "Zirə" cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk oyunda hesab açılmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026