• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

"Liverpul" Dembele ilə danışıqlara başladı

İDMAN

29 May 2022 | 19:26 | Müəllif: Subhan Mahmudov

"Liverpul" Dembele ilə danışıqlara başladı

"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Bakıvaxt.az "Diario Sport"a istinadən xəbər verir ki, "Liverpul " fransız futbolçunu gələn yay azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. Mersisaydlıların nümayəndələri artıq yarımmüdafiəçinin meneceri ilə danışığa başlayıb.

Qeyd olunur ki, İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp Sadio Manenin gedişi ehtimalı və Roberto Firminonu satmaq niyyəti ilə bağlı 2-3 hücumameyilli oyunçu ilə komandanı gücləndirmək istəyir. Alman mütəxəssis Dembele variantını çox bəyənir.

Qeyd edək ki, Dembele son mövsüm La Liqada  20 oyunda 13 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026