• Bakı 30° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək

İDMAN

27 Iyun 2022 | 17:16

Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.

Onlardan yalnız ikisi - 55 kq-da Nihad Quluzadə və 87 kq-da Laçın Vəliyev yarımfinala yüksəliblər. İdmançılar finala gedən yolda müvafiq olaraq, almaniyalı Georgios Skarpello və ermənistanlı Vigen Nazaryanla qarşılaşacaqlar.

63 kq-da Ziya Babaşovun təsnifatda uduzduğu ukraynalı Oleq Xalilov və Heybulla Qıstarovun 1/4 finalda məğlub olduğu macarıstanlı Adolf Başo finala adlayacağı halda, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.

77 kq-dakı Xasay Həsənli isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, yarımfinal görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


SON XƏBƏRLƏR

08 Iyul 2025