• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki güləşçimiz dünya çempionatında medal QAZANDI

İDMAN

26 Iyul 2022 | 21:13

İki güləşçimiz dünya çempionatında medal QAZANDI

Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 55 kq-da yer alan idmançı həlledici qarşılaşmada hindistanlı Surac Suracla üz-üzə gəlib.

Rəqibinə 0:11 hesabı ilə uduzan Mustafayev gümüş medalla kifayətlənib.

48 kq-da çıxış edən Səid Xəlilov isə bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yu Takemotoya 9:1 hesabıyla qalib gələrək, dünya üçüncüsü olub.

Qeyd edək ki, bu gün, həmçinin, İsmayıl Rzayev (80 kq) qızıl, Əli Əlizadə (65 kq) və Məzahim Mərdanov (110 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026