• Bakı 27° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Cüdoçumuz gümüş medal qazandı

İDMAN

24 Avqust 2022 | 21:20 | Müəllif: Subhan Mahmudov

Cüdoçumuz gümüş medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan komandasının üzvü Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala yüksəlib. Qızıl medal uğrunda fransalı idmançı Dicol Zaçariyeyə məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub.

Digər cüdoçumuz Məhəmməd Məmişov (50 kq) turniri 5-ci yerdə tamamlayıb.

Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026