• Bakı 20° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

Millimiz Slovakiyadan 3 xalla dönür

İDMAN

23 Sentyabr 2022 | 00:44

Millimiz Slovakiyadan 3 xalla dönür

Azərbaycan millisi Millətlər Liqasının 2022/23 mövsümündə növbəti oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, komandamız Slovakiya yığmasının qonağı olub.

Millimiz qarşılıqlı hücumlarla keçən ilk yarının sonlarında hesabı açıb. Renat Dadaşov meydan sahiblərini məyus edib.

Oyunun son dəqiqələrdə komandalar hərəyə bir qol vursa da, üstünlüyünü sonadək qorumağa nail olan millimiz 1:2  hesablı qələbə qazanıb. Bu səfər qələbəsi yığmamıza C liqasında yerini təmin etmək imkanı verib. 

Qeyd edək ki, yığmamız sentyabrın 25-də Bakıda Qazaxıstanla görüşəcək.


SON XƏBƏRLƏR

01 Oktyabr 2023