• Bakı 16° C

    3.11 m/s

"Frayburq" növbəti qələbəsini qazandı

İDMAN

22 Oktyabr 2022 | 19:23

"Frayburq" növbəti qələbəsini qazandı

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Kristian Ştrayxın baş məşqçi olduğu komanda XI turda "Verder"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin ilk qolunu 56-cı dəqiqədə Lukas Kübler, ikinci qolunu isə 80-ci dəqiqədə Vinçentso Qrifo vurub.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Frayburq" üçünücü pillədə qərarlaşıb. Qonaqlar isə 15 xalla 11-ci sıradadır.

Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026