• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu gün daha 3 oyun keçiriləcək: “Qətər-2022”

İDMAN

21 Noyabr 2022 | 11:21 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün daha 3 oyun keçiriləcək: “Qətər-2022”

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında oynanılacaq. Dohadakı "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matçı braziliyalı Rafael Klaus idarə edəcək.

A qrupunun ikinci matçında Niderland yığması Seneqalla qarşılaşacaq. “Al-Tumama” arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub. Seneqal - Niderland oyunu braziliyalı hakim Uilton Sampayoya tapşırılıb.

Günün sonuncu matçında ABŞ millisi Uelsi sınağa çəkəcək. “Əhməd ibn Əli” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu qətərli hakim Andulrahman İbrahim Əl-Cassim idarə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026