• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Qarabağ"ın məğlubiyyətsizlik seriyası qırıldı

İDMAN

20 Dekabr 2022 | 10:54

"Qarabağ"ın məğlubiyyətsizlik seriyası qırıldı

"Qarabağ"ın daxili yarışlarda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ"yə 0:1 hesabı ilə uduzmasından sonra baş verib.

Bunadək 42 matçda yenilməyən "köhlən atlar" 43-cü görüşündə məğlubiyyət acısı yaşayıb.

"Qarabağ" bundan əvvəl sonuncu dəfə 2021-ci il oktyabrın 25-də Premyer Liqada “Səbail”ə 1:3 hesabı ilə uduzub. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv təqribən 14 aydan sonra ölkədaxili yarışda məğlub olub.

Qeyd edək ki, "Qarabağ" beynəlxalq arenada son məğlubiyyətini isə bu il oktyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin V turunda Fransada "Nant"dan alıb - 1:2.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR