• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Gent”in kapitanı “Qarabağ”la oyunları buraxa bilər

İDMAN

17 Yanvar 2023 | 15:17

“Gent”in kapitanı “Qarabağ”la oyunları buraxa bilər

Belçikanın “Gent” klubunun futbolçusu Vadis Ocica-Ofoe UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları buraxa bilər.

Bakıvaxtı.az  xəbər verir ki, buna səbəb 34 yaşlı kapitanın zədələnməsidir.

Ölkə çempionatının XX turunda “Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində zədələnərək əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub. Vadisin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmasa da, onun sağalma prosesinin bir neçə ay çəkməsi gözlənilir.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026