“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Belçika klubu “Gent” Polşa millisinin futbolçusu Kamil Pyatkovskini heyətinə cəlb edib.
Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb.
2021-ci ildən Polşa millisinə çağırılan ucaboy mərkəz müdafiəçisi mövsümün sonuna qədər icarə əsasında “Gent”in formasını geyinəcək. Belçika klubunun yeni “4 nömrəsi”nin “Zalsburq”la müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.














jpg-1676457382.webp)

