• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Sumqayıt” sonuncu yoxlama oyununda uduzdu

İDMAN

17 Yanvar 2023 | 17:41

“Sumqayıt” sonuncu yoxlama oyununda uduzdu

“Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Rusiya klubu “Krılya Sovetov”la qarşılaşıb.

“Titanic Mardan” hotelinin meydançasında baş tutan oyunda Azərbaycan komandası 0:1 hesabı ilə məğlub olub. “Krılya Sovetov” qalibiyyət qolunu 87-ci dəqiqədə vurub. Bununla Antalya toplanışını tamamlayan Samir Abasovun komandası sabah Vətənə qayıdacaq.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiya klubu “Radnik”i 2:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026