• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Zirə” günün ilk oyununda  məğlub oldu

İDMAN

17 Yanvar 2023 | 14:58

“Zirə” günün ilk oyununda məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” Macarıstanın II liqa təmsilçisi “Seqed-Çanad”la yoxlama görüşü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı klubu günün ilk qarşılaşmasında rəqibinə 1:3 hesabı ilə məğlub olub.

“Zirə”nin yeganə qoluna 34-cü dəqiqədə Toni Qomes imza atıb. “Seqed-Çanad”ın heyətində 30-cu dəqiqədə Simon Adam, 45+5-ci dəqiqədə penaltidən Norbert Kundrat və 59-cu dəqiqədə Haruna Cammeh fərqləniblər.

“Zirə” günün ikinci, Antalya toplanışının isə son yoxlama görüşünü Serbiya klubu “Radniçki”yə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026