• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İsveçrəli futbolçu intihar etdi

İDMAN

21 Noyabr 2022 | 19:15 | Müəllif: Subhan Mahmudov

İsveçrəli futbolçu intihar etdi

Bosniya və Herseqovina "Zrinski Mostar"ının yarımmüdafiəçisi Kərim Qazzetta intihar edib.

Bakıvaxtı.az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu noyabrın 21-i səhər saatlarında intihar edib. Onun Bosniyanın Mostar şəhərindəki evin 8-ci mərtəbəsindən özünü atdığı bildirilir.

Yarımmüdafiəçi bu mövsüm zədə səbəbindən Bosniya və Herseqovina Premyer Liqasında cəmi 1 oyun keçirib.

İsveçrəli Qazzetta vaxtilə ölkəsinin müxtəlif yaş kateqoriyalarında milli komandalarda çıxış edib. O, İsveçrənin ən perspektivli futbolçularından biri hesab olunurdu. Karyerasına "Servette"də başlamış və eyni zamanda "Vintertur, "Servett", "Lozanna Uşi" və "Ksamaks"da oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026