• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Yuventus” avrokuboklardan da uzaqlaşdırıla bilər

İDMAN

21 Dekabr 2022 | 13:21

“Yuventus” avrokuboklardan da uzaqlaşdırıla bilər

UEFA “Yuventus”u avrokuboklardan uzaqlaşdıra bilər. 

Bakıvaxtı.az  xəbər verir ki, buna səbəb İtaliya klubunun maliyyə pozuntularına yol verməsidir. 

Bildirilir ki, bu iddialar sübutunu tapsa, qitə futbol qurumu Turin təmsilçisini Avropa Liqasından kənarda qoyacaq. İtaliya Futbol Federasiyası hazırda araşdırmalar aparır. 

Xatırladaq ki, daha əvvəl mətbuatda koronavirus pandemiyası zamanı “Yuventus”un gizli şəkildə oyunçularına maaş ödədiyi barədə məlumat yayılmışdı, baxmayaraq ki, klub oyunçuların müvəqqəti olaraq puldan imtina etdiyini açıqlamışdı. “Qoca sinyora” 17 futbolçuya təxminən 60 milyon avro ödəyib. Futbolçuların maaşdan imtina etməsi ictimaiyyətə açıqlansa da, “Yuventus” rəhbərliyi futbolçularla gizli müqavilələr bağlayıb, böyük məbləğdə pul ödəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026