• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ronaldo ilə Messi qarşıdurması: 9 qol vuruldu

İDMAN

19 Yanvar 2023 | 23:48 | Müəllif: Subhan Mahmudov

Ronaldo ilə Messi qarşıdurması: 9 qol vuruldu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa təmsilçisi PSJ arasında yoldaşlıq matçı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, "Kral Fəhd" stadionunda keçirilən görüş PSJ-nin 5-4 qələbəsi ilə yekunlaşıb.

Hesabı 3-cü dəqiqədə qonaqlardan Lionel Messi açıb. 34-cü dəqiqədə "Əl-Nəsr"in yeni transferi Kristiano Ronaldo bərabərliyi təmin edib. 43-cü dəqiqədə PSJ yenidən önə keçib. Bu dəfə Markinyos fərqlənib. 45+6-cı dəqiqədə Ronaldo özünün və komandasının 2-ci qolunu vurub. 53-cü dəqiqədə Fransa təmsilçisindən Serxio Ramos 3-cü topu rəqibin qapısından keçirib. 56-cı dəqiqədə Çan Xyon Su hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Kilian Mbappe qonaqları yenidən önə keçirib. 78-ci dəqiqə Yuqo Ekitike 5-ci dəfə meydan sahiblərini məyus edib. 90+4-cü dəqiqədə isə Anderson Taliska meydan sahiblərinin 4-cü qolunu vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026