• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qarabağ" qələbə qazandı

İDMAN

16 Fevral 2023 | 23:43 | Müəllif: Subhan Mahmudov

Qarabağ" qələbə qazandı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.

Oyunun ilk hissəsi qolsuz başa çatıb.

İkinci hissədə hücumlarının kəsərini artıra “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib. Buna baxmayaraq, Ağdam klubu hesabı açmağı bacarıb. Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.

Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026