• Bakı 14° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Avropa Liqası: 1/4 finalın cütlükləri bəlli oldu

İDMAN

17 Mart 2023 | 16:16

Avropa Liqası: 1/4 finalın cütlükləri bəlli oldu

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mərasimdə bu raundun cütlükləri bəlli olub.

Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-birilə qarşılaşa biləcəklər.

UEFA Avropa Liqası

1/4 final mərhələsi

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

"Bayer" (Almaniya) - "Union" (Belçika)

"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026