• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gənc gimnastlarımız 5 topla proqramda birinci yeri tutublar

İDMAN

16 Aprel 2023 | 15:20 | Müəllif: Subhan Mahmudov

Gənc gimnastlarımız 5 topla proqramda birinci yeri tutublar

Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirində qrup hərəkətləri üzrə Azərbaycanın gənclərdən ibarət komandası 5 topla proqramın finalında birinci yeri tutub.

Bakıvaxtı.az bildirir ki, Gövhər İbrahimova, İlahə Bahadırova, Zəhra Cəfərova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, Ayan Sadıqovanın yer aldığı komandanın nəticəsi 31.700 xal olub.

İkinci yerdə İsrail komandası (31,600 xal), üçüncü yerdə Macarıstan komandası (29,000 xal) qərarlaşıb.

Azərbaycanın gənclərdən ibarət ikinci komandası 24.250 xalla bu proqramda yeddinci yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026