• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

“Qəbələ”nin kapitanı əməliyyat olundu

İDMAN

16 May 2023 | 13:48

“Qəbələ”nin kapitanı əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Asif Məmmədov əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçidə axil vətərinin yırtılması aşkarlanıb.

Premyer Liqanın XXXIV turunda “Turan Tovuz”la görüşdə zədələnən kapitan üçün mövsüm başa çatıb.

Məmmədovla yanaşı, “Turan Tovuz”la qarşılaşmada dizindən xəsarət alan digər yarımmüdafiəçi Feras Abu Akalın da zədəsinin ciddi olduğu müəyyənləşib. 26 yaşlı israilli orta sahə oyunçusu yenidən müayinədən keçəcək və durumuna həmin vaxt aydınlıq gələcək.

Qeyd edək ki, “Qəbələ” öz meydanında “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026