• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan - Estoniya matçının biletləri satışa çıxarılır

İDMAN

16 May 2023 | 13:25

Azərbaycan - Estoniya matçının biletləri satışa çıxarılır

Azərbaycan millisi iyunun 17-də AVRO-2024-ün seçmə məhələsində Estoniyanı qəbul edəcək. 

Bakıvaxtı.az  xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək görüşün biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Biletlər üç kateqoriyaya bölünüb. 1-ci kateqoriya 5 manat, 2-ci kateqoriya 2 manat, VIP üçün isə 10 manat nəzərdə tutulub.

Biletləri 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, Köşk №1, Köşk №2, 1 saylı ASAN Xidmət, 2 saylı ASAN Xidmət, 3 saylı ASAN Xidmət, 4 saylı ASAN Xidmət və Sumqayıt ASAN Xidmətində əldə etmək mümkündü.

Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da başlayacaq.


Azərbaycan - Estoniya matçının biletləri satışa çıxarılır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026