• Bakı 21° C

    3.72 m/s

Azərbaycanlı hakim "İsrail" - "Polşa" oyununu idarə edəcək

İDMAN

18 Mart 2023 | 10:26

Azərbaycanlı hakim "İsrail" - "Polşa" oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi ilk oyun bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı hakim 6-cı qrupun İsrail - Polşa matçında iş başında olacaq.

Ona Pərvin Talıbov və ingiltərəli Daniel Robathan laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Brooks yerinə yetirəcək.

Qeyd edək ki, martın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026