• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

İDMAN

18 Mart 2023 | 22:09

Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında  güləşçimiz Maqomed-Başir Xaniyev (70 kq) final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, o həlledici qarşılaşmada ermənistanlı Hayk Papikyanla üz-üzə gəlib.

İdmançımız tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.

Digər idmançımız Rəşid Babazadə (65 kq) zədələndiyi üçün fransalı Xamzat Arsamerzoyevlə  final görüşündə güləşməyib və U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

Səbuhi Əmiraslanov ermənistanlı Narek Qriqoryana  4:1 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb. İslam İlyasov (97 kq) isə finalda  türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024