• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi - YENİLƏNİB

İDMAN

17 Aprel 2023 | 21:49 | Müəllif: Subhan Mahmudov

İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Səbuhi Əmiraslanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.

O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə isə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq. 

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) həlledici görüşə vəsiqə qazanıblar. 

Bu gün, həmçinin, Maqomedxan Maqomedov (97 kq) da yarımfinal qarşılaşmasına çıxacaq. 

 

20:43

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Simeone Piroddunu (İtaliya) məğlub edib.

Bu gün, həmçinin, Hacı Əliyev (70 kq), Səbuhi Əmiraslanov (79 kq), və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026