• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Mane komandasından ayrıla bilər

İDMAN

17 May 2023 | 13:31

Mane komandasından ayrıla bilər

Sadio Mane "Bavariya"da oynamaq istəmədiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 31 yaşlı hücumçu mövsümün sonunda Almaniya təmsilçisini tərk etməkdə qərarlıdır.

Seneqal millisinin də şərəfini qoruyan futbolçunun yenidən İngiltərəyə qayıtmaq istədiyi bildirilir. Bir çox Premyer Liqa klubunun diqqətini cəlb edən forvardın yenidən “Dumanlı Albion”da karyerasını davam etdirmək şansı da yüksək quymətləndirilir.

Qeyd edək ki, 2022-ci ilin yayında “Liverpul”dan Münhen təmsilçisinə keçən Manenin almanlarla 2025-ci ilə qədər müqaviləsi var. Futbolçu bu mövsüm 36 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026