• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qadın güləşçimiz Avropa ikincisi oldu

İDMAN

15 Iyun 2023 | 21:41 | Müəllif: Subhan Mahmudov

Qadın güləşçimiz Avropa ikincisi oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Üçüncü yarış günündə qızlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Səadət Quliyeva (43 kq) sonuncu xal prinsipinə əsasən (3:3) isveçli Maya Yohanssona məğlub olub.

Ruzanna Məmmədova (57 kq) isə qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni “tuş”la üstələyib. Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabıyla qalib gələrək 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Ruzanna həlledici görüşdə macarıstanlı Sofi Ritterə 2:5 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026