• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ən çox gəlir əldə edən klublar MƏLUM OLDU

İDMAN

15 Iyul 2023 | 09:47

Ən çox gəlir əldə edən klublar MƏLUM OLDU

2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında futbolçuların çıxışına görə klublara ödənilmiş məbləğlər barədə hesabat dərc olunub.

Bakıvaxtı.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən çox İngiltərənin "Mançester Siti" klubu gəlir əldə edib.

Ali futbol qurumu "şəhərlilər"ə 4,59 milyon ABŞ dolları ödəyib.

Növbəti sıralarda İspaniya "Barselona"sı (4,53), Almaniya çempionu "Bavariya" (4,3), Fransa PSJ-si (3,8), İngiltərədən "Mançester Yunayted"lə (3,32) "Çelsi" (3,25), İspaniyanın "Atletiko" (Madrid) klubu (3,23) və İtaliya "Yuventus"u qərarlaşıb.

Qeyd edək ki, Argentina yığması DÇ-2022-nin qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026