• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Fənərbağça” mövsümə qələbə ilə başlayıb

İDMAN

14 Avqust 2023 | 09:08 | Müəllif: Subhan Mahmudov

“Fənərbağça” mövsümə qələbə ilə başlayıb

Türkiyə Super Liqasının ilk turunda "Fənərbağça" "Qaziantep"i qəbul edib.

Bakıvaxtı.az bildirir ki, kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.

Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Birinci hissənin əlavə edilmiş dəqiqələrində "qırmızı-qaralar" hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.

Beləliklə, matç "Fənərbağça"nın 2:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, növbəti turda "Fənərbağça" "Yılport Samsunspor"a qarşı səfər matçına çıxacaq, "Qaziantep" isə "Sivasspor"u qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR