• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Poqbanın dopinq testi müsbət çıxdı

İDMAN

12 Sentyabr 2023 | 21:00 | Müəllif: Subhan Mahmudov

Poqbanın dopinq testi müsbət çıxdı

İtaliya A Seriyasının 1-ci turunun oyunundan sonra "Yuventus"un fransalı yarımmüdafiəçisi Pol Poqbanın dopinq-testi müsbət nəticə verib. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bakıvaxtı.az bildirir ki, İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turunda "Yuventus" səfərdə "Udineze" ilə qarşılaşıb. Oyun Turin klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Poqba meydana çıxmayıb - o, bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.

Pol Pogbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilib. Bu terapevtik istisnasız qəbul edilməməli olan bir maddədir. Beləliklə, Poqba 4 il müddətinə futboldan kənarlaşdırıla bilər.

"Yuventus" üç turdan sonra A Seriyasının turnir cədvəlində üçüncü yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR