• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İFFHS reytinqi: “Qarabağ” və “Sabah” irəlilədi

İDMAN

12 Sentyabr 2023 | 10:01

İFFHS reytinqi: “Qarabağ” və “Sabah” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 405 komandanın yer aldığı siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.

Ötən ay 79-cu pillədə qərarlaşan “Qarabağ” ciddi irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klublar da var.

“Sabah” daha böyük sıçrayışla diqqət çəkib. Murad Musayevin yetirmələri 51 pillə irəliləyərək, 286-cı yerdə qərarlaşıblar. Bakılılar 64,5 xala malikdirlər.

Əvəzində “Neftçi”də geriləmə müşahidə edilib. Hesabında 62,75 xal olan “ağ-qaralar” 298-ci yeri 311-ci pilləyə dəyişiblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (312 xal) başçılıq edir. İspaniya klubu “Real” 301 xalla ikinci, Braziliya təmsilçisi “Flamenqo” isə 268 xalla üçüncü sıradadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026