• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq?

İDMAN

11 Oktyabr 2023 | 20:20 | Müəllif: Subhan Mahmudov

“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq?

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: "Yığmaya namizədlər arasında "Qarabağ"da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov "Neftçi" ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi".

Qeyd edək ki, yay fasiləsində Almaniyanın "Bayer 04" klubundan ayrılan Andrey Lunyov "Qarabağ"a azad agent kimi keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026