• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Beşiktaş" Çalımbaya tapşırıldı

İDMAN

10 Noyabr 2023 | 20:05

"Beşiktaş" Çalımbaya tapşırıldı

Burak Yılmazın istefasından sonra "Beşiktaş"ı çalışdıracaq baş məşqçinin adı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, "qara qartallar" Rıza Çalımbaya tapşırılıb. Onun ilkin olaraq dekabrın 3-nə qədər komandaya rəhbərlik etməsi ilə bağlı razılıq əldə olunub. Daha sonra isə rəhbərliklə Çalımbay arasında görüş olacaq və növbəti qərar veriləcək.

Qeyd edək ki, futbolçu kimi uzun illər (1980-1996) "Beşiktaş"da çıxış etmiş və komandanın kapitanı olmuş 60 yaşlı məşqçi 2005-ci ildə İstanbul klubunu çalışdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026