"Hamı bizim başqa oyunçuya ehtiyacımız olduğunu söyləyir. Lakin transferlərin hamısı pula başa gəlir və onlar düzgün oyunçu olmalıdırlar".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Liverpul" klubunun baş məşqçisi Jürgen Klopp açıqlamasında deyib.
56 yaşlı mütəxəssis Matipin zədələnməsi ilə bağlı suallara da cavab verib: "Mənə top oyunçusunu satmağa hazır olan bir klub deyin. 4-5 gündür ki Matipin uzunmüddətli sıradan çıxdığını bilirdik. Xoşbəxtlikdən həmin mövqedə 4 oyunçumuz var".
Jürgen Klopp cari mövsümün sonunda müqaviləsi başa çatacaq 32 yaşlı müdafiəçi Joel Matiplə yeni razılığın əldə olunacağını düşündüyünü, lakin son qərarı özünün verməyəcəyini açıqlayıb.
Ziyafət Əlisoy



jpg-1704700482.webp)












