• Bakı 26° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Hakim futbolçunu bıçaqladı

İDMAN

10 Dekabr 2023 | 10:49 | Müəllif: Subhan Mahmudov

Hakim futbolçunu bıçaqladı

Argentinalı hakim Remihio Armoa Misiones əyalətində gənclər arasında keçirilən matç zamanı futbolçunu bıçaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, oyunçuların hakimi mühasirəyə almasından sonra dava düşüb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub.

İdmançı huşunu itirib və komanda yoldaşları tərəfindən meydandan çıxarılıb. Hazırda yaralının həyati təhlükəsi yoxdur.

Referi qaçmağa cəhd etsə də, yerli polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR