• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Anar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLAR

İDMAN

09 Dekabr 2023 | 19:16 | Müəllif: Subhan Mahmudov

Anar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLAR

Cümə günü FİA-nın Bakıda keçirilən möhtəşəm mükafatlandırma mərasimindən sonra avtomobil idmanı üzrə 2023-cü il çempionlarının və qaliblərinin mükafatlandırılması şənbə günü də davam edib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə FİA Rally & Circuit mükafatları təqdim olunub.

2022-ci ildə olduğu kimi, bu il də ralli yarışında müxtəlif nominasiyalarda qalib gələn pilotlar təltif ediliblər.

Mərasimdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Mohammed Ben Sulayem çıxış edərək FİA həftəsinə ev sahibliyi edən Bakıya qonaqpərvərlik və yüksək təşkilati işlərə görə minnətdarlığını ifadə edib.

Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov FİA-nın Bakıdakı tədbirlərində iştirak etmək üçün Azərbaycana gələn FİA prezidentinə, FİA ailəsinə və Azərbaycan Avtomobil Federasiyasına Bakıdakı tədbirə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Sonda AAF prezidenti Anar Ələkbərova FİA prezidenti Mohammed Ben Sulayem, 2023-cü il Formula 1 çempionu Maks Ferstappen, Red Bull komandasının direktoru Kristian Horner və Red Bull komandasının pilotu Serxio Peresin imzaları ilə hədiyyə təqdim olunub. 


Anar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLARAnar Ələkbərov mükafatlandırma mərasimində - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026