• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Premyer Liqa: "Zirə" öz meydanında büdrədi

İDMAN

09 Dekabr 2023 | 19:51 | Müəllif: Subhan Mahmudov

Premyer Liqa: "Zirə" öz meydanında büdrədi

Azərbaycan Premyer Liqasında XVI tur davam edir.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci görüşü Zirə İdman Kompleksinin stadionunda keçirilib.

İkinci pillədə qərarlaşan "Zirə" mövsümün sürpriz komandası "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Bu nəticədən sonra "Zirə" xallarının sayını 29-a, "Araz-Naxçıvan" isə 23-ə yüksəldib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Sabah" - "Səbail" və "Neftçi" - "Turan Tovuz" görüşləri dekabrın 10-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026