• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Boksçumuz Avropa Kubokunda 1/4 finala yüksəldi

İDMAN

11 Oktyabr 2023 | 09:36

Boksçumuz Avropa Kubokunda 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib.

Bakıvaxtı.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda ispaniyalı Adrian Krusa qalib gəlib.

Döyüş İsgəndərovun 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesablı üstünlüyü ilə yekunlaşıb. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.

Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 boksçumuz rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5 kq) Lunes Hamraui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya), Eldar Quliyev (86 kq) isə Aleksey Alfiorovla (Belarus) döyüşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026