• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Arda gülər niyə oyuna çıxmadı? - Karlo Ancelotti səbəbi açıqladı 

İDMAN

09 Noyabr 2023 | 14:00

Arda gülər niyə oyuna çıxmadı? - Karlo Ancelotti səbəbi açıqladı

"Fənərbaxça"dan "Real Madrid"ə transferi ilə çox danışılan Arda Gülər ​​son iki matçda matç heyətində yer almasına baxmayaraq ehtiyat oyunçular skamyasında oturur. "Real Madrid" klubunun baş məşqçisi Karlo Ancelotti Arda Gülərin niyə meydana çıxmamasının səbəbini deyib. 

Bakıvaxtı.az xəbər verir ki, Karlo Ancelotti son iki matçda matç heyətində yer almasına baxmayaraq, meydanda istifadə etməyi seçmədiyi Arda Gülərin oynamağa tam hazır olmadığını bildirib.

Ancelotti Portuqaliyanın "Braqa" komandasına 3:0 hesabı ilə qalib gələrək qrupdakı yerini təmin etdiyi UEFA Çempionlar Liqası ev matçından sonra təşkil edilən mətbuat konfransında Arda Gülərlə bağlı sualları cavablandırıb: "Braqa" matçı üçün heyətdə olduğu və çox sərfəli hesaba sahib olduqları halda Ardaya niyə vaxt vermədiyi ilə bağlı sualı cavablandıran italyan məşqçi "Ona çox diqqət yetiririk. İki ciddi zədədən sağalıb. Təxminən bir həftədir komanda ilə bütün məşqlərdə iştirak edir. Arda tam hazır olanda meydana çıxacaq".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026